http://www.sesi2v3autjxps3xrdvhguwas74fgevaslohurbvh736dlkdazdrqqad.onion/a/turkey-elections-nathan-kohlenberg-interview/7121459.html
Seçki, qismən qeyri-azad idi, çünki biz bilirik ki, bir neçə namizəd, Türkiyədə bu il prezidentliyə namizəd ola biləcək güclü siyasi fiqurlar, o cümlədən HDP-nin başçısı cənab Dəmirtaş həbsdədir. Biz həmçinin başqa namizədlərin, eləcə də, İstanbulun meri cənab İmamoğlunun, onlara qarşı irəli sürülən ittihamlar səbəbilə seçkidə namizəd olmalarının qarşısı alındığını gördük. İmamoğlunun məsələsində bu, Ali Seçki Şurasını təhqir etmək ittihamı idi.